TƏMVF Kiçik Qrantlar Proqramına dair məlumat sessiyasına dəvət
Nə vaxt
Harada
Təşkilatçı(lar)
ATƏT-in Bakı Ofisi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində Konsepsiya Sənədlərinin Qəbulunun 5-ci raundunda iştirak etməkdə maraqlı olan vətəndaş cəmiyyəti təşkilatlarını Lankaranda keçiriləcək məlumat xarakterli görüşə dəvət edir. Görüşdə TƏMVF Proqramı, qrant üçün müraciət etmək qaydaları və ətraf mühit və təhlükəsizlik arasındakı əlaqə haqqında haqqında məlumat veriləcəkdir.
TƏMVF Proqramı ətraf mühit və təhlükəsizlik məsələlərini əhatə edən vətəndaş cəmiyyəti layihələrinə maksimum dəyəri 14,000 AZN olan qrantlar ayırır. Qrant üçün mövzular aşağıdakılardır: təbii ehtiyatların dayanıqlı idarə olunması; torpaqların deqradasiyaya uğramasının qarşısının alınması; təbii və texnogen fəlakətlər; zərərli tullantıların və kimyəvi maddələrin idarə olunması; dağ-mədən hasilatı; ekoloji cəhətdən dayanıqlı nəqliyyat; iqlim dəyişikliyi; enerji.
Konsepsiya Sənədlərinin Qəbulu ilə bağlı bütün sənədlər ATƏT-in internet saytından əldə edilə bilər: www.osce.org/az/baku/93368
Tədbirdə iştirak etməkdə maraqlı olan təşkilatlardan 12 sentyabr 2012-ci il tarixindən gec olmayaraq zahra.ahmadova@osce.org elektron ünvanı vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyatdan keçmək üçün təşkilatınızın adı, tədbirdə iştirak edəcək nümayəndənin adı, elektron poçt ünvanı və telefon nomrəsindən ibarət məlumatı qyed edilən elektron ünvana göndərin. Qeydiyyatdan keçmiş təşkilatlara tədbirin keçiriləcəyi məkan haqqında məlumat elektron poçt vasitəsilə göndəriləcəkdir.