ATƏT-in Ofisi ətraf mühit jurnalistikasına dair təlim keçirir
BAKI, 18 dekabr 2013-cü il- ATƏT-in Bakı Ofisi Azərbaycanın media təmsilçiləri üçün ətraf mühit jurnalistikasına dair üç günlük təlim kursuna başlayır. Təlimin məqsədi ölkədə ətraf mühit haqqında məlumat axınını artırmaq, habelə ətraf mühit məsələləri üzrə fəaliyyəti və ictimaiyyətin iştirakını gücləndirməkdən ibarətdir.
“İstənilən ölkənin ətaf mühit məsələlərinin davamlı və hərtərəfli şəkildə həllində cəmiyyətin tam şəkildə iştirakı ən vacib amildir,” ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri, Emmanuel Huntzinger bildirib. “ Hesab edirik ki, jurnalistlər ətraf mühit sahəsindəki başlıca inkişaf və çətinliklər barədə məlumatların ictimaiyyətə çatdırılmasında əsas rol oynayır.”
Təlim zamanı 15 Azərbaycanlı jurnalist ətraf mühitə dair məqalələrin yazılmasında faydalı təcrübələrlə yanaşı, ölkədə ətraf mühit və təhlükəsizlik məsələləri arasında əlaqə və məlumatın əldə olunmasının hüquqi aspektləri haqqında məlumat əldə edəcək.
ATƏT-in Bakı Ofisi bu təlimi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) proqramı çərçivəsində həyata keçirib. ATƏT-in İqtisadiyyat və Ətraf Mühit sahəsində fəaliyyətləri üzrə Kordinatorunun Ofisi tərəfindən aparılan TƏMVF təşkilatın Cənubi Qafqaz regionunda Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsü üzrə iş proqramının bir hissəsidir. Bu proqram ətraf mühitin səmərəli şəkildə idarə olunmasına əsaslanaraq, ətraf mühit problemləri nəticəsində əmələ gələn təhlükəsizlik təhdidlərini müvafiq qaydada həll etmək üçün hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirir.