MÜRACİƏTLƏR ÜÇÜN ELAN! Məişət və gender əsaslı zorakılıq haqqında məqalə/reportajların hazırlanmasına dair jurnalistlər üçün təlim

Layihə çərçivəsində iki üç-günlük təlim təşkil olunacaq. Birinci təlim Bakıda fəaliyyət göstərən jurnalistlər üçün 2015-ci ilin iyun/iyul ayında, ikincisi isə regionlarda fəaliyyət göstərən jurnalistlər üçün 2015-ci ilin oktyabr ayında təşkil olunacaq. Ümumilikdə, təlimlərdə iştirak etmək üçün 40 jurnalist seçiləcək (hər bir təlim üçün 20 jurnalist).
Maraqlanan jurnalistlər əlavədəki ərizəni doldurub ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin ofisinə (e-mail: Aygun.Huseynli@osce.org) 12 iyun 2015-ci il tarixinədək göndərə bilərlər. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurasından ibarət komissiya ərizələri qiymətləndirəcək və hər bir təlim sessiyası üçün iştirakçıları seçəcəkdir.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.