Events
Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri insan alverinə qarşı mübarizə mexanizmlərinə dair mübadilə üçün Macarıstana səfər edirlər
Nə vaxt
22 sentyabr 2014 (All day) - 26 sentyabr 2014 (All day)
Harada
Macarıstan
Təşkilatçı(lar)
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Macarıstanın Daxili İşlər Nazirliyi
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın insan alverinə qarşı mübarizə müxanizmlərini və uğurlu təcrübəsini öyrənmək üçün Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti üzvlərinin bu ölkəyə beş günlük səfərini təşkil edir.
Səfər zamanı Azərbaycan təmsilçiləri insan alverinin qarşısının alınması, təqibi və insan alverindən zərər çəkənlərin qorunması sahəsində uğurlu təcrübələrin mübadiləsi üçün Macarıstanın müvafiq dövlət agentlikləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşəcəklər.
Nümayəndələr həmçinin Mosonmagyaróvár şəhərindəki insan alveri qurbanları üçün fəaliyyət göstərən sığınacaqda olacaqlar.