Xəbərlər
ATƏT-in Bakı Ofisi ATƏT-in Layihə Əlaqələndiricisi statusuna keçir
31 dekabr 2013
1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunur. Bu qərarı 57 iştirakçı dövləti bir araya gətirən ATƏT-in Daimi Şurası verib. Şura Layihə Əlaqələndiricisi üçün aşağıdakı vəzifələri müəyyənləşdirib:
- ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın dəstəklənməsi;
- ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası;
- Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması;
- ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.
ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən ölkədə fəaliyyət göstərir.