Resurslar
Azərbaycanda İnzibati Məhkəmə İcraatının Monitorinqinə dair Hesabat 2012
ATƏT-in Bakı Ofisi 1 yanvar 2011-ci ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələrin işini qiymətləndirmək üçün ilk hesabatı hazırlayıb. Ofis hesabatı Ədliyyə Nazirliyi və ixtisaslaşmış İşçi qrupu ilə sıx əməkdaşlıq şəraitində hazırlayıb. Həmin qrup Nazirlik, Məhkəmə Hüquq Şurası, Vəkillər Kollegiyası və məhkəmə orqanlarının nümayəndələrindən ibarət olub. İşçi qrupu Ofisin Məhkəmə Monitorinqi qrupunun topladığı məlumatları müzakirə edərək hesabatın daha dəqiq olmasına yardım göstərib.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.