ATƏT-in Bakı Ofisi insan alveri probleminə dair ən yaxşı jurnalist işi müsabiqəsini elan edir
BAKI, 24 may 2013 – ATƏT-in Baki Ofisi Azərbaycanda insan alveri və məcburi əmək problemlərini üzə çıxaran jurnalist işlərinin müsabiqəsini elan etməkdən məmnunluq duyur. Beynəlxalq təşkilat və media nümayəndələrindən ibarət qiymətləndirmə komitəsi 2012-ci ilin yanvar ayından 2013-cü ilin avqust ayına kimi hazırlanmış jurnalist işlərini üç kateqoriya üzrə dəyərləndirəcək: Azərbaycanda cinsi istismar, məcburi əmək və uşaq istismarı.
Məqalələrin qəbulunun son tarixi 31 avqust 2013-cü ildir və nəticələr 2013-cü ilin sentyabrında elan olunacaq.
Müsabiqə yalnız media nümayəndələri üçün açıqdır. Qalib işlərin müəllifləri 1000 AZN məbləğində pul mükafatı alacaq.
Bu müsabiqə ABŞ-ın Beynəlxalq İnkişaf naminə Agentliyinin (ing. USAID) Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən insan alveri və məcburi əməyə qarşı mübarizəyə dəstək layihəsi çərçivəsində keçirilir.
Müsabiqə haqqında suallarla İnsan Alverinə qarşı Mübarizə üzrə Proqram Rəhbəri Təranə Bağırovaya, Tarana.Bagirova@osce.org elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.