Xəbərlər
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda fəaliyyətini dayandırır
VYANA 4 iyul 2015
VYANA, 4 iyul 2015 – ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb. Bununla belə, ATƏT Azərbaycanla əməkdaşlığın digər formalarına açıq qalır.
Fəaliyyətin dayandırılması Azərbaycan hökuməti və ATƏT arasında Bakı Layihə Əlaqələndiricisinə dair imzalanmış anlaşma memorandumuna ötən ay Azərbaycanın xitam verməsindən sonra başlayıb. Bir ay davam proses bu gün başa çatıb.