DTİHB Azərbaycanda qismən təkrar parlament seçkiləri üçün müşahidəçilər cəlb edir
VARŞAVA\BAKI, 25 aprel 2006 – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, DTİHB 13 may 2006-cı il tarixdə Azərbaycanda 125 parlament seçki dairəsinin 10-da keçirilən təkrar parlament seçkilərindən əvvəl Bakıda Məhdud Seçki Müşahidə Missiyası yaratmışdır. Bu, 2005-ci il noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərinin müşahidə olunmasından sonrakı prosesdir.
Səfir Gert Arens başçılıq etdiyi bu missiya altı seçki ekspertindən və yeddi uzunmüddətli müşahidəçidən ibarətdir. O, əsasən kampaniya mühitini, seçkilərə inzibati hazırlıq proseslərini, şikayət və müraciətlər üzrə proseduraların işləməsini müşahidə edəcək. ATƏT\DTİHB ATƏT-ə üzv olan dövlətlərə bu seçkilər üçün qısamüddətli müşahidəçilərlə bağlı müraciət etmir.
Prezident Fərmanı ilə, Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin 6 noyabr seçkilərindən sonra seçki nəticələrini ləğv etdiyi 10 seçki dairəsində təkrar seçkilər keçirilir.
ATƏT\DTİHB-nin 6 noyabr seçkiləri üzrə Seçkiləri Müşahidə Missiyası özünün yekun hesabatında son olaraq bildirmişdir ki, həmin seçkilər, ümumiyyətlə, ATƏT-in demokratik seçkilərə dair bir sıra öhdəliklərinə və digər beynəlxalq standartlara uyğun aparılmamışdır. Həmin hesabatda Azərbaycanda seçki prosesinin gələcəkdə təkmilləşdirilməsi məqsədilə bəzi tövsiyələr öz əksini tapmışdır. ATƏT\DTİHB seçkilərin ATƏT öhdəliklərinə uyğun şəkildə aparılması məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının və vətəndaş cəmiyyətinin təşəbbüslərini dəstəkləmək mövqeyində qalmaqdadır.
Müşahidələrin başa çatmasından təxminən altı həftə sonra ATƏT\DTHİB parlament seçkilərinə dair Yekun Hesabata əlavə dərc edəcək.