ATƏT-in DTİHB Azərbaycan Respublikasında növbədənkənar president seçkiləri üçün müşahidə missiyasına başlayır.
BAKI, 9 Mart 2018 – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu gün rəsmi olaraq, Azərbaycan Respublikasında 11 aprel növbədənkənar president seçkilərinin müşahidə missiyasına başlayır. Missiya Azərbaycan dövlət orqanlarının rəsmi dəvəti ilə ölkədədir.
Missiyaya Korin Yonker başçılıq edir və missiya Bakıda 10 ekspertdən ibarət əsas heyət və 15 martdan etibarən ölkənin digər ərazilərinə göndəriləcək 30 uzun müddətli müşahidəçilərdən ibarətdir. Əlavə olaraq, DTİHB, seçki günündə icraat prosesini izləmək üçün 280 qısamüddətli müşahidəçi gətirəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkədən yığılıb.
Missiya seçkiləri ATƏT-in öhdəliklərinə, digər beynəlxalq standartlar və demokratik seçkilər üçün qəbul edilən öhdəliklər, eləcə də, daxili qanunvericiliyə riayət olunmasına görə qiymətləndirəcək. Müşahidəçilər, namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kompaniyaların aparılması, seçki məsələlərin həllinin hüquqi çərçivədə həyata keçirilməsində seçki administrasiyası və müvafiq dövlət orqanlarının işini izləyəcəklər. Müşahidənin bir hissəsi olaraq, missiya, eləcə də, seçki kompaniyalarının mediyada monitorinqini aparacaq.
Müşahidə müddəti ərzində missiya, müvafiq orqanların nümayəndələri, siyasi partiyalar, vətəndaş cəmiyyətlərinin nümayəndələri, mediya və beynəlxalq icmaların təmsilçiləri ilə görüşəcək.
Seçki günü, müşahidəçilər seçki məntəqələrinin açılması, səsvermə, seçki bülletenlərinin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək. Seçki günü missiyaya ATƏT-in Parlament Assambleyası heyəti və Avropa Şurasının Parlament Assambleyası nümayəndələri qatılacaq.
Seçkidən sonrakı gün ilkin məsələlər və nəticələr haqqında bəyanat veriləcək. Bütövlükdə seçki prosesinin müşahidəsi və təkliflərə dair yekun hesabat seçki prosesinin tamamlanmasından təxminən iki ay sonra nəşr olunacaq.
Əlavə məlumat üçün https://www.osce.org/odihr/elections/azerbaijan linkindən istifadə edə və ya DTİHB SMM Media Analitiki Egor Tilpunov ilə +994 556 04 3192 (Bakı əlaqə nömrə) əlaqə saxlaya, egor.tilpunov@odihr.az e-mail ünvanına məktub yaza bilərsiniz.
Və Ya
ATƏT/ DTİHB Sözcüsü Thomas Rymer, +48 609 522 266 (Varşava əlaqə nömrəsi) ilə əlaqə saxlaya, thomas.rymer@odihr.pl e-mail ünvanına məktub yaza bilərsiniz.