Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çıxış edən ATƏT Fəaliyyətdə olan Sədri jurnalistlərə qarşı hədələrə dözümlülük nümayiş etdirilməsinin mümkünsüz olduğunu deyib
VİLNÜS, 2 may 2011-ci il - ATƏT-in Fəaliyyətdə olan Sədri və Litvanın Xarici İşlər Naziri Audronius Ajubalis qarşıdan gələn 3 may, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə keçirilən tədbirdə ATƏT-in iştirakçısı olan dövlətləri jurnalistləri müdafiə etmək üçün daha çox iş görməyə çağırıb.
Ajubalis deyib “Rəqəmli media 21-ci əsrdə ifadə azadlığı və məlumat əldə etmək üçün misilsiz imkanlar yaradıb, lakin jurnalistlərə qarşı zorakılıq təhlükəsi mətbuatın həqiqi azadlığına maneə yaratmaqda davam edir. ATƏT regionunda jurnalistlərə qarşı təhlükə davam etməkdədir, onlara qarşı fiziki təzyiqlər göstərilir, təhdidlər edilir və hətta, öz qanuni və mühüm işlərini gördüyünə görə jurnalistlər öldürülür”.
“Biz jurnalistlərin təhlükəsizliyinə qarşı törədilən nə bu təhlükələrə, nə də bu təhlükələrin yaratdığı soyuqqanlı münasibətə göz yuma bilərik. ATƏT-in iştirakçısı olan dövlətlər media azadlığı sahəsində götürdüyü öhdəlikləri yerinə yetirmək üçün daha çox iş görməli və jurnalistlərin təhlükəsizliyinə zəmanət verməsi üçün effektiv qanunvericilik, hüquq-mühafizə təcrübələri və məhkəmə qanunvericiliyinin işlək vəziyyətdə olmasına təminat verməlidir”.
Litvanın ATƏT Sədrliyi və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi 7 və 8 iyun tarixlərində Vilnüsdə ATƏT regionunda jurnalistlərin təhlükəsizliyi mövzusunda konfrans keçirəcək.