ATƏT Naxçıvanda vətəndaş cəmiyyəti təşkilatları üçün təlim keçirir
NAXÇIVAN, Azərbaycan, 5 sentyabr 2011-ci il – Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (NMR) ATƏT-in dəstəyi ilə iki günlük təlim seminarı başlayıb.
Tədbir ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və NMR-nin Ədliyyə Nazirliyi ilə birgə təşkil olunub. Təxminən, 25 yerli QHT-nin iştirak etdiyi tədbirdə birləşmə azadlığı hüququ, o cümlədən QHT-lərin təsis edilməsi və qeydiyyatı qaydalarına dair qanunvericiliyin tələblərinin effektiv icrası məsələləri müzakirə ediləcək.
Beynəlxalq və yerli təlimçilər təqdimatların keçirilməsində kazusların öyrənilməsindən istifadə edəcək və iştirakçıların əldə etdiyi biliyi digər QHT-lərə çatdırmağını təmin etmək üçün təlimçilərin təlimi yanaşması mexanizmini tətbiq edəcək.
ATƏT-in Bakı Ofisinin məhkəmə-hüquq təlimi üzrə mütəxəssisi xanım Nataşa Rasiç deyib: “Bu təlimi keçirməklə biz Naxçıvanın vətəndaş cəmiyyəti təşkilatlarının mövcud qanunvericilik və ən mütərəqqi təcrübələr çərçivəsində fəaliyyət göstərməsi üçün onların potensiallarını və bacarığını artıracağımıza ümid edirik. ”
Bu tədbir, ATƏT-in Bakı Ofisinin 2011-ci il təlim proqramının bir hissəsidir.