Xəbərlər
ATƏT-in Bakı Ofisinin bəyanatı
29 avqust 2011
BAKI, 28 avqust 2011 - ATƏT-in Bakı Ofisi siyasi fəallar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilov və Sahib Kərimovun 2 Aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatlıq ifadə edir.
ATƏT-in Bakı Ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə prosesin ədalətli keçirilməsinə dair narahatlıq doğuran suallar yaranıb.
Bu işin Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid edirik.
ATƏT-in Bakı Ofisi ölkədə məhkəmə islahatları və, toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlarının tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.