ATƏT Azərbaycanın neft dağılmaları hallarına hazırlığını təkmilləşdirir
ATƏT-in Bakı Ofisi 11 dekabr 2013-cu il tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 40 mütəxəssisi üçün seminar təşkil edib.
Tədbirin məqsədi sularda neft dağılmalarına qarşı təcili tədbirlər üzrə milli planın icrası ilə bağlı ARDNŞ-in potensialını gücləndirilməkdir. Bu plan neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olan bütün şirkətlərin neft dağılmalarına səbəb ola biləcək əməliyyatlar üçün təcili tədbirlər planının hazırlanmasını və icrasını tələb edir.
“Milli plan Xəzər dənizinin Azərbaycan hissəsində fəaliyyət göstərən neft şirkətləri ilə sıx əməkdaşlığı təşviq edir. Bu şirkətlərin neft dağılmaları hallarına daha hazırlıqlı olmalarını təmin etmək üçün biz gələcəkdə bu tip təlimləri təşkil etməyə hazırıq," ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri, Emmanuel Huntzinger bildirib.
ARDNŞ-in təklifinə əsasən, ATƏT-in Bakı Ofisi dövlət neft şirkəti üçün sularda neft dağılmalarına qarşı tədbirlərin görülməsinə dair beynəlxalq, regional və milli tələblərə cavab verən planın hazırlanmasına beynəlxalq mütəxəssis cəlb edib. Yeni sənəddə Beynəlxalq Dəniz Təşkilatı və Neft Sənayesində Ətraf Mühit Məsələləri üzrə Beynəlxalq Assosiasiyasının hazırladığı təlimatlar öz əksini tapıb