Mədən hasilatı üzrə şəffaflıq ATƏT-in dəstəklədiyi müzakirənin mövzusudur
BAKI, 24 sentyabr 2013-cü il – Bu gün, ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) dair götürdüyü öhdəliyi yerinə yetirməsinə həsr olunmuş tədbir keçirilir. MHTŞ dövlət maliyyəsinin idarəedilməsində şəfafflığın və hesabatlığın artırılması üçün neft və qaz hasilatı sənayesində əldə edilən gəlirlərin açıqlanması mexanizmidir.
2003-cü ildə bu Təşəbbüsə qoşulan ilk ölkələrdən biri olan Azərbaycan 2009-cu ildə MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk ölkə olub.
Müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, özəl şirkətlər və vətəndaş cəmiyyəti təşkilatları yeni MHŞT standartlarını və onların icrası yolunda yaranan maneələrin dəf edilməsi yollarını müzakirə etmək üçün bir araya gəlib.
ATƏT-in Bakı Ofisinin rəhbər müavini Monica Martinez bu təşəbbüsü dəstəkləməkdə ATƏT-in marağını vurğulayıb: “Dublin Nazirlər Şurasının 2012-ci ildə qəbul etdiyi ATƏT-in Yaxşı İdarəçilik üzrə Bəyannaməsi hasilat sənayesində şəffaflığın təmin edilməsinin əhəmiyyətini tanıyıb. Bu il ATƏT-in Ukrayna Sədrliyi də davamlı enerjini özünün prioritet sahələrindən biri kimi müəyyən edib və bu baxımdan MHTŞ xüsusi önəm kəcb edir”.
ATƏT-in Bakı Ofisi bu günkü tədbirin keçirilməsini Azərbaycanın Dövlət Neft Şirkəti, Revenue Watch İnstitutu və MHŞT QHT Koalisiyasının koordinatoru olan Azad İqtisadiyyat Assosiasiyası ilə birgə təşkil edib. Ofis həmçinin MHŞT-nin Azərbaycan və digər iştirakçı ölkələrdə icrasının təhlili üçün mütəxəssis töhfəsi verib.