Skip Links

Press release

Azərbaycanda məişət zorakılığı: ATƏT-in Bakı Ofisi məhkəmə monitorinqinə dair hesabatı təqdim edib

Date:
Source:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
Gender bərabərliyi, Qanunun Aliliyi

Bakı, 30 dekabr 2013-cü il- 2013-cü il üzrə məhkəmələrin monitorinqi proqramı çərçivəsində ATƏT-in Bakı Ofisi Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı işlərə dair hesabatını təqdim edib.

Hesabat 2013-cü ilin iyul-dekabr ayları ərzində məişət zorakılığı ilə bağlı məhkəmə işlərinin monitorinqinə əsasən hazırlanıb. Hesabatın məqsədi “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu ildə qəbul olunmuş qanunun icra səviyyəsini müəyyən etməkdə Azərbaycana kömək etmək və bu qanunun yerli məhkəmələrdə daha geniş qanunvericilik bazası və müvafiq beynəlxalq standartlar zəminində tətbiqini qiymətləndirmək idi.

“Qurbanların hüquqlarının qorunmasında məhkəmə sistemi əhəmiyyətli rol oynayır. Ona görə də qanunvericilik bazası və onun icrasını inkişaf etdirilərək, məhkəmələrin gündəlik iş mexanizmini və qurbanların tam müdafiəsi, eləcə də məhkəməyə çatımlığının təmin olunması yaxşılaşdırmalıdır,” Səfir Koray Tarqay, ATƏT-in Bakı Ofisinin rəhbəri bildirib.

Səfir məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbulunu Azərbaycanın problemin həllində atdığı mühüm addımlardan biri kimi qiymətləndirib. Lakin məhkəmələrin monitorinqinə dair hesabatda da qeyd olunduğu kimi məişət zorakılığına məruz qalmış qurbanların müdafiəsində hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Bu problemlərə mühafizə orderinin tətbiq olunması ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməməsi, Cinayət Prosessual Məcəlləsində məişət zorakılığı qurbanlarının müdafiə olunması üçün xüsusi normaların nəzərdə tutulmaması və qurbanların təhlükəsizliyi və məhkəməyə çatımlılığına təsir edə biləcək digər təcrübələr daxildir. 

Tam hesabata buradan daxil ola bilərsiniz //www.osce.org/az/baku/110045.


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan