Skip Links

Press release

ATƏT-in Ofisi gənclər üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniyanın təşkili mövzusunda təlim keçirir

Date:
Source:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
Demokratikləşmə , Seçkilər

BAKI, 5 aprel 2012 – ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə gənc siyasi fəallar üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniya mövzusunda dörd-günlük təlim başlayır.

Müxtəlif siyasi partiyalardan 30-a yaxın gənc nümayəndə demokratik təsisatların qurulmasını analiz edəcək, siyasi kampaniyalara dair mütərəqqi beynəlxalq təcrübələri bölüşəcək, seçki dairələrində qruplarla düzgün işləməyi öyrənəcək və qadınların siyasətdə rolunu müzakirə edəcəklər. Tədbir zamanı siyasi partiyaların gənc nümayəndələri ATƏT-in müvafiq öhdəlikləri haqqında da məlumat əldə edəcək.

ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç: “Gənclər Azərbaycan siyasəti və cəmiyyətində vacib rol oynayır. Bu təlimin məqsədi yeni nəsli Azərbaycanın gələcək inkişafında və formalaşmasında fəal iştirak etmək üçün zəruri olan alət və bacarıqlarla təmin etməkdir”.

Ukraynadan olan müstəqil ekspert Tetyana Sobolyeva təlim çərçivəsində siyasi kampaniyaların əhəmiyyəti və ümumi mənzərəsi, eləcə də ictimaiyyətlə əlaqələrin qurulmasına dair praktiki seminarlar aparacaq. Qadınların siyasətdə rolu və imicin formalaşdırılması məsələlərinə də xüsusi sessiyalar həsr olunacaq. Bundan başqa, təlim iştirakçıları ictimaiyyət qarşısında çıxış, kommunikasiya planları və kampaniya strategiyalarının hazırlanması üzrə praktiki məşğələlərdə iştirak edəcək. Onlar bu işlərin həyata keçirilməsi zamanı ənənəvi və yeni media alətləri və texnologiyalarının tətbiqi yollarını öyrənəcəklər.
 


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan