Skip Links

News Item

ATƏT Bakıda polis əməkdaşları üçün məişət zorakılığı haqqında təlimlər keçirir

ATƏT-in Bakı Ofisi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində 27 avqust 2013-cü il tarixində polis əməkdaşları üçün təlim kurslarını başa çatdırdı...

Issued on:
Issued by:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
Hüquq-mühafizə orqanlarının fəaliyyəti

ATƏT-in Bakı Ofisi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində 27 avqust 2013-cü il tarixində polis əməkdaşları üçün təlim kurslarını başa çatdırdı.

Təlim kursları “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunun icrasının dəstəklənməsi” layihəsinin tərkib hissəsidir. Təlimlər zamanı Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər rayon polis idarələrindən nümayəndələr milli qanunvericiliyin tələblərinə uyğun olaraq məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınmasında polis əməkdaşlarının rolu və vəzifələrini müzakirə etdilər.

Bu təlim məişət zorakılığı sahəsində milli hüquqi baza haqqında polis əməkdaşlarının məlumatlılığının artırılmasına yönəlmişdi.

“Məişət zorakılığının qarşısının alınması haqqında qanunun səmərəli icrası məqsədilə ayrı-ayrı hökumət strukturları arasında sıx əməkdaşlığı görmək insanı daha da ruhlandırır,” ATƏT-in Bakı Ofisinin Siyasi-hərbi şöbəsinin rəhbəri Con MakQreqor bildirdi. “Məlumat mübadiləsi hər birimizin məişət zorakılığının qaşısının alınmasında vəzifələrimizin daha dərindən anlaşılmasına kömək edir.”

Yerli ekspert Şəfa Camalzadə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə qanunun icrasının hüquqi, sosial və mədəni  aspektlərini müzakirə etdilər.


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan