Skip Links

News Item

ATƏT Naxçıvanda sahibkarlıq potensialının gücləndirilməsi üzrə praktiki təlimlər keçirib

Access to finance, tax regulations and cross border trades have been the main topics of discussions at the OSCE-supported workshops on entrepreneurship capacity-building in Nakhchivan Autonomous Republic (NAR) of Azerbaijan. The event, which took place from 6 to 8 November, was organized by the OSCE Office in Baku, in conjunction with the Entrepreneurs Confederation and Foreign Affairs Office of NAR.

Issued on:
Issued by:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
İqtisadi fəaliyyət

Naxçıvan Muxtar Respublikasında (NMR) ATƏT-in dəstəyi ilə sahibkarlıq potensialının gücləndirilməsi üzrə praktiki təlimlər keçirilib. Maliyyə vəsaitlərinə çıxış, vergi qanunvericiliyi, transsərhəd ticarət 6-8 noyabr tarixində  ATƏT-in Bakı Ofisi , NMR Sahibkarlar Konfederasiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin NMR İdarəsi  tərəfindən birgə təşkil olunan tədbirin əsas müzakirə mövzuları olub.

Yerli və beynəlxalq mütəxəssislər kiçik biznes fəaliyyətləri üçün əsas maliyyə mənbələri və maliyyə savadlılığı üzrə 20 sahibkara təlim keçib. İştirakçılar həmçinin maliyyə hesabatları, ödəniş və dövlət qeydiyyatına dair electron xidmətləri özündə birləşdirən "bir pəncərə" mexanizmi ilə tanış olub.

Hər bir seminarın sonuncu iclası NMR Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankını təmsil edən dövlət rəsmiləri və sahibkarlar arasında keçirilən ictimai müzakirələrə həsr olunub. Müzakirələr zamanı iş adamları dövlət təmsilşilərinə onları maraqlandıran və narahat edən sualları ünvanlamaq imkanı verib. Onlar həmçinin kənd təsərrüfatı sahəsi üçün nəzərdə tutlan güzəştli xidmətlər haqqında da məlumat əldə edib. 


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan