Resurslar
Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət
İqtisadi Tədqiqatlar Mərkəzi Kürdəmir və Göyçay rayonlarında 2012-ci ilin iyun ayının 16-dan həmin ilin dekabr ayının 15-dək ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində 2 dəyirmi masa, 4 təlim, 4 tarla təcrübəsi və 1 qoruyucu meşə zolağının salınması aksiyası keçirib. Bu tədbirlər nəticəsində torpaq istifadəçilərinə torpaqların münbitliyinin qorunması, deqradasiya, şoranlaşma və eroziyanın qarşısının alınması istiqamətində nəzəri və praktiki biliklər, aqrotexniki qaydalardan düzgün istifadə olunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan məlumatlar verilib, onların rəyləri dinlənilib. Layihə çərçivəsində təşkil olunmuş dəyirmi masalarda və təlimlərdə torpaq mülkiyətçiləri, bələdiyyə üzvləri və hökumət numayəndələrinin iştirakı ilə aparılmış müzakirələr, müşahidələr və praktiki təcrübələr zamanı torpaqların münbitliyinin qorunub saxlanmasında bir sıra spesifik problemlər aşkar olunub.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.