Skip Links

TƏMVF - Konsepsiya sənədlərinin qəbulu

TƏMVF - Konsepsiya sənədlərinin qəbulu

TƏMVF - Konsepsiya sənədlərinin qəbulu

TƏHLÜKƏSIZLIK VƏ ƏTRAF MÜHIT ÜZRƏ VƏTƏNDAŞ FƏALIYYƏTI

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU
NO.  ITB/AZE/002/2012

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində Konsepsiya Sənədlərinin Qəbulunu elan edir. TƏMVF Proqramı aşağıda qeyd edilən ətraf mühit və təhlükəsizlik mövzularından hər hansı birinə müraciət edən vətəndaş cəmiyyəti layihələrinə maliyyə vəsaiti ayırır: təbii ehtiyatların dayanıqlı idarə olunması; torpaqların deqradasiyaya uğramasının qarşısının alınması; təbii və texnogen fəlakətlər; zərərli tullantıların və kimyəvi maddələrin idarə olunması; dağ-mədən hasilatı; ekoloji cəhətdən dayanıqlı nəqliyyat; iqlim dəyişikliyi; enerji.

Sənədlərin qəbulunun son tarixi
Sənədlər paketi üzərində “No. ITB/AZE/002/2012 –  TƏMVF üçün Konsepsiya Sənədi – 28 fevral 2012-ci il, 12:00-dan (yerli vaxt) əvvəl açmayın” yazılmış və möhürlənmiş zərfdə 28 fevral 2012-ci il, saat 12:00-dan (yerli vaxt) gec olmamaqla təqdim edilməlidir. Elektron poçt və ya faksla göndərilmiş sənədlər paketi qəbul edilməyəcəkdir. Sənədlər paketi Azərbaycan dilində təqdim edilməlidir.

Müraciət etmək hüququ olan təşkilatlar
Ölkədə fəaliyyət göstərən geniş spektrli Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) TƏMVF Kiçik Qrantlar Proqramında iştirak etmək hüququna malikdirlər.

Əlavə məlumat
Konsepsiya Sənədlərinin Qəbulu ilə bağlı sənədlər ATƏT-in internet saytından (//www.osce.org/baku/84066) əldə edilə bilər. Sual və ya sorğularınızla bağlı ATƏT-in Bakı Ofisinin İqtisadi və Ətraf Mühit Şöbəsinin əməkdaşı Zəhra Əhmədova ilə zahra.ahmadova@osce.org  elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

Fevral 2012-ci il
Bakı, Azərbaycan

Source:
OSCE Project Co-ordinator in Baku (closed)
InfoInfo

Disclaimer

The views, opinions, conclusions and other information expressed in this document are not given nor necessarily endorsed by the Organization for Security and Co-operation in Europe (OSCE) unless the OSCE is explicitly defined as the Author of this document.