Skip Links

Press release

ATƏT Ofisi hüquq mühafizə qurumlarının nümayəndələri üçün dindirilmə üsulları mövzusunda təlim kursu təşkil edir

Date:
Source:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
Hüquq-mühafizə orqanlarının fəaliyyəti

BAKI, 16 may 2011-ci il – ATƏT-in Bakı Ofisi bu gün polis və Baş Prokurorluğun müstəntiqləri üçün dindirilmə üsulları mövzusunda bir həftəlik təlim kursuna başlayıb.

Kurs Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilir. Təlim kursunun məqsədi müstəntiqlərin bacarıqlarını və peşəkarlığını artırmaqla həbs yerlərində saxlanılan şübhəli şəxslərlə rəftarın və onların hüquqlarına hörmət edilməsi vəziyyətini təkmilləşdirməkdən ibarətdir.

ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi proqramının rəhbəri Monika Martinez: “Saxlanılan şəxslərin hüquqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən bu vacib təlim fəaliyyəti ATƏT-in Bakı Ofisinin saxlama yerlərinin monitorinqi proqramının bir hissəsidir. Bununla yanaşı, Ofisimiz davam edən qanunvericilik islahatlarını dəstəkləyir və şübhəli və təqsirləndirilən şəxs qismində saxlananların hüquq və azadlıqlarının təmin edilməsi haqqında yeni qanunun hazırlanmasına mühüm töhfə verib. Ümid edirik ki, Parlament bu qanunu yaz sessiyasının sonunadək qəbul edəcək.”

Böyük Britaniyadan olan beynəlxalq ekspert, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yerli ekspertləri ilə birgə şübhəli şəxslərin dindirilməsi mövzusunda mühazirələr deyəcək və praktik çalışmalar təşkil edəcək. Həmin məşğələlər zamanı əsas məqsəd zəif qrupların xüsusi ehtiyaclarına diqqət çəkməkdən ibarət olacaq.

Bu təlim kursu ATƏT-in Bakı Ofisinin 2011 və 2012-ci ildə dəstəklədiyi silsilə təlim fəaliyyətlərindən birincisidir.


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan