Skip Links

Press release

ATƏT Ofisi Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsini dəstəkləyir

Date:
Source:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
İnsan alverinə qarşı mübarizə

BAKI, 5 may 2011-ci il  – Bu gün ATƏT-in Bakı Ofisi bir sıra tərəfdaşları ilə birlikdə Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başladığını elan edir.

İnsan alverinə qarşı mübarizə həftəsi zamanı televiziya və radio proqramları yayımlanacaq, ictimai reklam çarxları nümayiş etdiriləcək, eləcə də məlumat kitabçaları və plakatlar paylanılacaq. Bundan əlavə, insan alveri haqqında dəyirmi masalar təşkil olunacaq və “İnsan Alverinə Qarşı Mübarizə Gününə” həsr olunmuş konsert keçiriləcək.

Ofis bu kampaniyanı Daxili İşlər Nazirliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Təmiz Dünya İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Beynəlxalq Əmək Təşkilatı (BƏM) ilə birgə həyata keçirəcək.

ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Stoun: “İnsan alverinə qarşı mübarizə həftəsinə həsr olunmuş kampaniya Azərbaycan hökuməti və onun tərəfdaşlarına insan alverinə qarşı mübarizədə səyləri səfərbər etmək və ictimai məlumatlandırmanı artırmaq imkanları yaradacaq. İctimai məlumatlandırmanın artırılması, insan alveri ilə məşğul olanların həyata keçirdiyi mənfi təcrübə və üsullar haqqında potensial qurbanları xəbərdar etmək və, nəticə etibarı ilə, insan alverinin qarşısını almaq imkanını təmin edə bilər”. 

ATƏT-in Bakı Ofisi 2010-cu ildə də öz tərəfdaşları ilə analoji kampaniyanı dəstəkləyib. Ötən ilki kampaniyanın sonunda, insan alveri halları ilə mübarizə məqsədilə yaradılmış qaynar xəttə təxminən 500 zəng daxil olmuşdu. Qeyd edək ki, adi həftələrdə zənglərin sayı 100-150 olur.


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan