Skip Links

Press release

ATƏT-in Ofisi Azərbaycanın polis zabitləri üçün Almaniyaya təcrübə səfərini təşkil edir

Date:
Place:
BAKU
Source:
OSCE Project Co-ordinator in Baku (closed)
Fields of work:
Demokratikləşmə , Hüquq-mühafizə orqanlarının fəaliyyəti

BAKI, 21 fevral, 2011-ci il – Cəmiyyət dəstəkli polis işinin qaydalarını öyrənmək məqsədilə Azərbaycanın polis zabitlərinin Almaniyaya bir həftəlik təcrübə səfəri başlayıb. Bu səfər polis ilə yerli əhali arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması üçün ATƏT-in Bakı Ofisinin həyata keçirdiyi layihə çərçivəsində həyata keçirilir.

ATƏT-in Bakı Ofisi bu təcrübə səfərini Almaniyanın Saksoni əyalətinin Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil edib. Səfər zamanı polis işçiləri Maqdenburq və Berlində təcrübələrə yiyələnməklə cəmiyyət dəstəkli polis işi vasitəsilə cinayətin qarşısının alınması haqqında bilgi əldə edəcək. Onlar həmçinin polis ilə cəmiyyət arasında əməkdaşlıq və cinayətin qarşısının alınmasına dair Azərbaycanın əldə etdiyi təcrübələri bölüşəcək.

ATƏT-in Bakı Ofisinin Baş Polis Müşaviri Marko Kubni: “Bu təcrübə səfəri ATƏT-ə üzv olan digər ölkələrdə cəmiyyət dəstəkli polis işinə dair təcrübələri öyrənmək imkanı yaradır və hüquq-mühafizə orqanlarının potensialının artırılmasına dair Azərbaycanın səylərinə tövhə verir.”

Cəmiyyət dəstəkli polis işi polis və onun xidmət göstərdiyi əhali arasında yaxın əməkdaşlıq münasibətlərinin qurulmasına imkan yaradır.
 

 


Contacts

Rəşad Hüseynov

Mətbuat və İnformasiya Xidmətinin rəhbəri

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Ləndmark III, Nizami küç. 96
AZ1010 Bakı
Azərbaycan