Resurslar
TENDER ÜZRƏ ELAN No AZE/002/2015
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi insan alverinə qarşı ismarıcları əks etdirən Sosial Çarxın hazırlanması məqsədilə münasib və ixtisaslı şirkətləri tenderdə iştirak etməyə dəvət edir. Tender ATƏT-lə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında imzalanmış qrant sazişinə əsasən maliyyələşdirilir. Bu layihə əsas məqsədi insan alveri və məcburi əməyin qarşısının alınması, bu problemə qarşı mübarizədə səmərəliliyi artırmaq məqsədi ilə Azərbaycan Hökuməti və vətəndaş cəmiyyəti üzvlərinə yardım etməkdən ibarətdir.
Tenderdə iştirak etmək üçün sənədlər 16 mart (daxil olmaqla) tarixinədək, Bakı vaxtilə saat 12:00-a qədər aşağıdakı ünvana göndərilməlidir:
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi
Landmark III, Nizami küç.96, 2-ci mərtəbə
AZ1010 Bakı, Azərbaycan.
Sənədlər elektron ünvanla da göndərilə bilər. Sənədləriniz yalnız ATƏT-in göstərilən elektron ünvanında qəbul olunacaq və baxılacaqdır: tender-az@osce.org.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.