ATƏT vəkillər üçün təlim keçirir
ATƏT-in Bakı Ofisi iyunun 6-da Azərbaycanda fəaliyyət göstərən 25 vəkil üçün iki günlük təlim kursu təşkil edib.
Ədliyyə Akademiyasında keçirilən tədbirin məqsədi vəkilərin müdafiə bacarıqlarını inkişaf etdirmək və ümumilikdə Azərbaycanda hüquqi təmsilçiliyin keyfiyyətini artırmağa kömək etməkdir. Milli ekspertlər müştərilərlə müsahibənin keçirilməsi və hüquqi yardımın nəzəri-praktiki aspektləri haqqında təqdimatlar keçirib.
ATƏT-in Bakı Ofisində Qanunun Aliliyi və İnsan Hüquqları şöbəsinin rəhbəri Covanni Qalzinyato: “Bu təlim proqramı bizim fəaliyyətlərimiz arasında Azərbaycanın ATƏT öhdəliklərinin yerinə yetirilməsində göstərdiyi səylərə dəstəyin vacib bir hissəsidir.”
Ofis bu tədbiri Azərbaycan Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə birgə təşkil edib.