Skip navigation
Resurslar

TƏMVF - Konsepsiya sənədlərinin qəbulu

TƏHLÜKƏSIZLIK VƏ ƏTRAF MÜHIT ÜZRƏ VƏTƏNDAŞ FƏALIYYƏTI


KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU
NO.  ITB/AZE/009/2012

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində Konsepsiya Sənədlərinin Qəbulununun 5-cü raundunu elan edir. TƏMVF Proqramı aşağıda qeyd edilən ətraf mühit və təhlükəsizlik mövzularından hər hansı birinə müraciət edən vətəndaş cəmiyyəti layihələrinə maliyyə vəsaiti ayırır: təbii ehtiyatların dayanıqlı idarə olunması; torpaqların deqradasiyaya uğramasının qarşısının alınması; təbii və texnogen fəlakətlər; zərərli tullantıların və kimyəvi maddələrin idarə olunması; dağ-mədən hasilatı; ekoloji cəhətdən dayanıqlı nəqliyyat; iqlim dəyişikliyi; enerji. 


Sənədlərin qəbulunun son tarixi
Sənədlər paketi üzərində “No. ITB/AZE/009/2012  –  TƏMVF üçün Konsepsiya Sənədi – 21 sentyabr 2012-ci il, 12:00-dan (yerli vaxt) əvvəl açmayın” yazılmış və möhürlənmiş zərfdə 21 sentyabr 2012-ci il, saat 12:00-dan (yerli vaxt) gec olmamaqla təqdim edilməlidir. Elektron poçt və ya faksla göndərilmiş sənədlər paketi qəbul edilməyəcəkdir. Sənədlər paketi Azərbaycan dilində təqdim edilməlidir.


Müraciət etmək hüququ olan təşkilatlar
Ölkədə fəaliyyət göstərən geniş spektrli Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) TƏMVF Kiçik Qrantlar Proqramında iştirak edə bilərlər.


Qrantların dəyəri
Hər bir qrantın maksimum dəyəri 14,000 AZN təşkil edir.



Əlavə məlumatKonsepsiya Sənədlərinin Qəbulu ilə bağlı sənədlər ATƏT-in internet saytından (http://www.osce.org/baku/84066) əldə edilə bilər. Sual və ya sorğularınızla bağlı ATƏT-in Bakı Ofisinin İqtisadi və Ətraf Mühit Şöbəsinin əməkdaşı Zəhra Əhmədova ilə zahra.ahmadova@osce.org  elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Sentyabr 2012-ci il
Bakı, Azərbaycan