OSCE Office in Baku

Media advisory

Azərbaycanda ikinci ATƏT Modeli ATƏT regionunda mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzusunda olacaq

BAKI, 20 aprel 2012 – Bazar günü Bakıda 12 universiteti təmsil edən 60 nəfərdən çox tələbənin iştirak etdiyi ikinci ATƏT Modeli konfransı keçiriləcək.

ATƏT-in Bakı Ofisi və Xəzər Universitetinin təşkil etdiyi tədbir zamanı iştirakçılar ATƏT regionu ölkələrində mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə mövzusunu ATƏT Nazirlər Şurasının simulyasiyasında müzakirə edəcək.

Konfransın açılış mərasimində ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Koray Targay, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Professor Hamlet İsaxanlı, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi, Fikrət Akçura və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, Elman Abdullayev çıxış edəcək.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərar verici orqanıdır və ATƏT-in iştirakçı dövlətlərindən ibarıtdir. Bu ölkələrin Xarici İşlər Nazirləri hər il bir araya gələrək ATƏT-in fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirir və müvafiq qərarlar qəbul edirlər.

ATƏT Nazirlər Şurasının simulyasiyası 22 aprel saat 09.30-18.00-da Xəzər Universitetində (Nizami rayonu, 11 Məhsəti küç., Neftçilər metrosunun yaxınlığında) baş tutacaq. Tədbir jurnalistlərə açıqdır.

Contacts

  • Rashad Huseynov
  • Press and Public Information Officer
  • OSCE Office in Baku
  • The Landmark III, 96 Nizami Street
  • AZ1010 Baku
  • Azerbaijan
  • Office: +994 12 497 23 73
    Fax: +994 12 497 23 77
  • Rashad.Huseynov@osce.org
  • OSCE Office in Baku
  • The Landmark III, 96 Nizami Street
  • AZ1010 Baku
  • Azerbaijan
  • Office: +994 12 497 23 73
    Office: +873 762 010 053
    Fax: +994 12 497 23 77
  • office-az@osce.org